Cəlillabadda avtomobil ağaca çırpıldı – Ölən və yaralanan var

21

Cəlillabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndinin ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Mahir Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər – 1980-cı il təvəllüdlü Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov xəsarətlərlə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılardan T. Kərimov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.