Cəlilabadda avtomobil qəzası…

213

Hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göytəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Zeynalov Orxan Qorxmaz oğlu ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralıya kəllə-beyin travması, bud sümüyünün və topuğun sınığı diaqnozları qoyulub. O.Zeynalovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.