Cəlilabad sakinindən narkotik götürüldü

57

Cəlilabad rayonunda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı onda səkkiz qramdan artıq heroin aşkar olunub. R.Əliyevin həyətyanı sahəsindən isə əlavə 1 kiloqram 960 qram tiryək götürülüb.