“Cəbhəyanı bölgələrdə əhalinin təhlükəziliyi üçün tədbirlər görülüb”

57

“Müharibədə təhlükəsizlik deyəndə silahdan qorunma nəzərdə tutulur. Əhalinin müəyyən bir hissəsi evakuasiya edilib. Qalan hissəsi isə sığınacaqlarla, zirzəmilərlə təmin olunub. Evakuasiya olunan əhali məktəblərdə, ictimai obyektlərdə yerləşdirilib”.

Bu barədə Modern.az-a açıqlamasında ekspert İlham İsmayıl müharibə bölgəsindən çıxarılan insanlar barədə danışarkən deyib:

“Heç kəsin əlavə olaraq həmin bölgələrə girməyinə icazə verilmir. Postlar, məntəqələr qurulub, təhlükəsizlik bu cür qorunur. Amma bu, müharibədir, bəzən gözlənilmədən də müəyyən hadisələr baş verə bilir”.

İ.İsmayıl qeyd edib ki, dövlətin əhalinin təhlükəsizliyini qorumaq üçün müəyyən tədbirlər görməsi ilə yanaşı, əhali özü də təhlükəsizliyi naminə müəyyən işlər görür. Çünki müharibə hələ davam edir”.