Bütün yaşlarda virus infeksiyalarından qorunmaq üçün – 3 effektiv preparat

159
Bakteriyalardan fərqli olaraq viruslar „yaşamaq“ və çoxalmaq üçün sahib orqanizmə, məs., insana ehtiyac duyurlar. Onlar insanı yarandığı gündən bu günə qədər müşayiət edib, özləri dəyişib və həmişə insanın immun sisteminə meydan oxuyublar.
Orqanizmin immun sisteminin sağlamlıq vəziyyətindən asılı olaraq virusların yaratdığı xəstəliklər müxtəlif ağırlıqda keçir.
Məsələn, tənəffüs yollarını zədələyən viruslar yüngül soyuqdəymədən pnevmoniyaya qədər geniş spektri əhatə edir. Xəstəliyin yüngül və ya ağır keçməsi immün sistemin vəziyyətindən çox asılıdır. Immun sistem zəiflədikdə virus xüsusən də dəyişilmiş və aktivləşmiş olduqda orqanizmin zəifliyindən istifadə edərək çoxalır və öz yaşamını təmin edir. Nəticədə isə insan xəstələnir. Digər tərəfdən virus və bakteriyalara qarşı tənəffüs yollarının selikli qişasının tamlığı xüsusən vacibdir. Buna görə də selikli qişanın qorunması və regenerasiyası virus infeksiyalarında profilaktika və müalicənin mühüm hissəsidir. Bu məqsədlə biotənzimləyici preparatlardan geniş istifadə edilir. Adından göründüyü kimi təbii tərkibli, nanodozalarda olan biotənzimləyici preparatlar orqan və sistemlərin normal fizioloji funksiyalarını dəstəkləyir.
İmmun sistemi məqsədyönlü şəkildə viruslara qarşı gücləndirmək üçün Biotənzimləyici preparat olan Gripp-heel preparatından geniş istifadə olunur.
Gripp-heel – immun sistemini artıq çalışdırıb yormur, onun funksiyasını dəstəkləyərək, virus infeksiyalarından qoruyur. Xəstəlik yaranıbsa simptomları aradan qaldırır, ağırlaşmaların qarşısını alır.
Profilaktika üçün: 1tab – gündə 2-3 dəfə, dilaltı, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra.
Euphorbium compositum – tərkib komponentlərinə əsasən tənəffüs yollarının xəstəliyini törədən bir çox viruslara inhibəedici təsir göstərir, iltihabı aradan qaldırır və tənəffüs yollarının selikli qişasının normal fizioloji funksiyalarını bərpa edir və onun virus infeksiyalarına qarşı müqavimətini artırır. Təbii tərkibli və nanodozalarda olan bu spreyin uzun müddət istifadəsi tənəffüs yollarını zədələmir, əksinə onun daim normal fizioloji halında qalmasını dəstəkləyir ki, bu da virus infeksiyalarından qorunmağın başlıca sərtlərindən biridir.
Eyni zamanda zökəm, burun tutulması, burunda qaşınma, asqırma, dadın , iyin pozulması, qulağın tutulması/qulaqda ağrı kimi simptomları tezliklə aradan qaldırır.
• Beləliklə, EUPHORBİUM COMPOSİTUM virus infeksiyaları zamanı həm profilaktika, həm də müalicə üçün əvəzolunmaz preparatdır!
• Profilaktika üçün: gündə 2-3 dəfə – hər burun dəliyinə 1 püskürtmə
Vinceel – Selikli qişanın iltihabını, selikaltı qatın ödemini, ağız boşluğunun virus və bakterial mənşəli aftlarını, badamcıqların, yumşaq damaq və dilçəyin iltihabını, diş ətinin qanamasını aradan qaldırır.
• Profilaktika üçün: gündə 2-3 dəfə – ağız boşluğuna 1 püskürtmə \\Medicina