BOĞULMUŞ CƏMİYYƏTİN QƏFƏSİ

    6

    Bütün obyektiv gerçəkliklərlə bərabər bir həqiqəti də gözardı etmək doğru olmaz. Həqiqətən millətin özünün razı olduğundan artıq onu köləlikdə saxlamaq mümkün deyil. İnsanın da həmçinin icazə verdiyindən artıq da onun azadlığını əlindən almaq axıracan alınmaz. Mən belə düşünürəm ki, bizim azadlığa münasibətimiz bizim azadlıqda yaşamağımız və həmin məsafənin həddini müəyyənləşdirməyimizlə ölçülür. Hər nəfəsimizlə qəfəsdən çıxmağa cəhd etdikcə, azadlığın bizim üçün həyatı əhəmiyyətinin mesajını bütün dünyaya vermiş oluruq. Mesajlarınızı əskitməyin!