Bütün müəllimlərin məktəbə gəlməsi vacib deyil – RƏSMİ

18

“Bugünkü vəziyyətlə əlaqədar insanların bir araya toplaşmasını istəmirik. Müəllimlərin məktəbə gəlməsi üçün ən önəmli zərurət tədris prosesidir. Hazırda dərs yoxdur. Ona görə də məktəbdəki işləri ancaq direktorlar, onların müavinləri və sinif rəhbərləri həyata keçirməlidir”.

Hurriyyet.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Orxan Abbasov deyib.

“Bu, o demək deyil ki, bütün müəllimlər səhər saat 9-dan axşama kimi məktəbdə olmalıdır. Zərurət olmadığı təqdirdə belə digər sahə üzrə pedaqoji heyətin məktəbə gəlməsi lazım deyil”- sektor müdiri bildirib. /report/