Arda dünya liderlərinə müraciət etdi

    9

    “Bütün dünyaya müraciət edirəm. Bu, sadəcə bizim problemimiz deyil. Bu hamımızın, sənin, mənim bütün dünyanın problemidir. Terrora qarşı birləşməyin zamanıdır. Bir dünyada torpağa düşən hər can üçün göz yaşı tökdük. Ağrı-acılar sizin ərazilərinizi bürüdüyü zaman sizlərə əl uzatdıq, bərabər ağladıq. İndi öyündüyünüz mədəniyyətə uyğun olaraq, lazım olanı edin və ayağa qalxın. Çünki insanın dəyərini müəyyənləşdirən yaşadığı coğrafiya deyil. İndi mənim ölkəmdə tanımadığınız evlərdə analar, atalar, bacılar, qardaşlar, həyat yoldaşları, uşaqlar ağlayır. İndi təpkinizi göstərin. Mən Türkiyə Cümhuriyyətini təmsil edən bir idmançı olaraq, bunu sizlərdən gözləyirəm. Hamımız bunu gözləyirik“, – deyə Arda Turan vurğulayıb.