“Büstü hazır etməmişdən əvvəl anası ilə əlaqə saxlamışdım” – ŞƏHİD XUDAYARIN BÜSTÜNÜN MÜƏLLİFİ

702

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Büstü görər-görməz büstün müəllifiylə əlaqə saxladıq. Büstün müəllifi olan heykəltəraş Teymur Qəribov, Şəhid Xudayar Yusifzadənin oxumağın hamı kimi onu da təsirləndirib. Bir ay müddətində hazır edilən büst hazırd gildən hazır edilsə də, növbəti mərhələdə polyester materialında hazır ediləcək. Heykəltaraş Teymur Qəribov Hurriyyet.org-un əməkdaşıyla həmsöhbət olub:

 – Teymur bəy, niyə məhz Şəhid Xudayar Yusifzadənin büstünü hazır etdiniz?

44 günlük müharibə ərzində hamı kimi mən də prosesləri izləyirdim. Həmin ərəfələrdə də Şəhid Xudayar Yusifzadənin videosunu gördüm. İlk görən anda hamı kimi mən də təsirləndim. Göz yaşlarımı saxlaya bilmirdim. İgidimizin gülüşü, danışığı, oxumağı  və musiqi duyumu mənə toxundu. Həmin andan fikirləşdim ki, hər kəs kimi mən də bacardığım qədər  Vətənim və dövlətim üçün bir iş görüm. Fikirləşdim ki, bacardığım iş budur və büstünü hazır edib, ailəsinə hədiyyə edərəm. Bu da onlar üçün az da olsa təsəlli ola bilər. Düzdür ki, onun yerini heç nə verə bilməz.

 – Büstü nə qədər müddət ərzində hazır etdiniz?

Təxminən bir ay ərzində hazır etdim.

 – Büst hansı materialdan hazır edilib?

Heykəltaraş birinci gildən hazır edir.  Fikrim var ki, büstün formasını çıxarıb, polyester materialından hazır edim. Daha sonra rənglənmə işləri aparacam. Kənardan bürüncə oxşayacaq. Material soyuğa və yağışa dözümlüdür.

 – Büstün hazır edilməsiylə bağlı Şəhid Xudayar Yusifzadənin ailəsinin xəbəri varmı?

Bəli, büstü hazır etməmişdən əvvəl anası ilə əlaqə saxlamışdım. Belə bir təşəbbüsümün olduğunu bildirmişdim. Kiçik də olsa hədiyyə etmək istədiyimi demişdim. Büstün hazır olmasıyla bağlı anasının da xəbəri var. Təxminən on gün ərzində büst tamamlanacaq.

 – Nəzərinizdə digər şəhidlərimizin də büstünü hazır etməyi planlaşdırmısızmı?

Mənim bir tərəfim Göyçaydandır. Fikrim var ki, polkovnik Babək Səmitlinin büstünü hazır edim. Hələ ki, danışıqlar gedir. Amma, hələki dəqiq deyil. Deyilənə görə, qəbirüstü üçün büst hazır edilir. Ola bilsin ki, memorial abidə kimi hazır edəcəm. O da evinin divarına bərkidiləcək. Əslində, bu mənim birinci təşəbbüsüm deyil. Birinci Qarabağ müharibəsi zamanı da şəhid olmuş beş əsgərimizin heykəlini təmənnasız hazır etmişəm. Bu mənim Vətənə olan borcumdur.

YƏHYA