Hurriyyet.org xəbər verir ki, Burundi dövlətinin prezidenti Pyer Nkurunziza 55 yaşında, ürəktutmasından vəfat edib.
Rəsmi açıqlamada prezidentin 7 iyuna keçən gecə halının pisləşdiyi və bundan sonra xəstəxanaya aparıldığı bildirilir. Nkurunzizanın halı müvəqqəti olaraq yaxşılaşsa da, 8 iyun taricində yenidən, kəskin surətdə pisləşib.
Həkimlər prezidenti yaşaması üçün bir neçə saat mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
Pyer Nkurunziza 2005-ci il avqustun 26-dan 2020-ci il iyunun 8-nə qədər Burundi dövlətinin prezidenti olub.
Hurriyyet.org