“Burda uzun müddət oynamaq istəyirəm”

147

“Səbail”in oyunçusu Nikolas Hagen Azərbaycana gəlişinin səbəbi barədə danışıb. Sport24.az xəbər verir ki, 24 yaşlı əlcək sahibi Vətəni Qvametaladan ayrılmasını belə əsaslandırıb: “Meydanda olduğum hər dəqiqə vacibdir. Bu, oyunçu və şəxsiyyət kimi inkişafın əsas hissəsidir. Nə qədər çox təcrübə qazansam, daha da inkişaf edəcəm. Etmək istədiyim budur. Ona görə də Qvatemaladan ayrılıb, buraya gəldim”.

Qvatemalalı millisinin üzvü olan Hagen karyerasını Avropada davam etdirmək üçün bu addımı atdığını bildirib: “Burda uzun müddət oynamaq istəyirəm. Məqsəd gələcəkdə qvatemalalı oyunçular üçün yeni yol açmaq və onların potensialını göstərməkdir”. Qeyd edək ki, Nikolas 2020/21 mövsümünün əvvəlindən “Səbail”də çıxış edir.