Buraxılış siniflərini bitirən şagirdlərin sayı açıqlandı

81

Bu il XI sinfi 80 646 şagird bitirir.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.

2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub.

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 511 uşağın qəbulu proqnozlaşdırılır.