“Bura bax, qırışıq köynəkli “çuvak”…” – Döyüşçülər Zelenskini «topa tutublar»…

    9

    Müstəqillik gününə həsr olunmuş hərbi paradı ləğv etdiyinə görə, millətçilər Ukrayna prezidenti Vladimir Zelenskidən inciyiblər və öz yürüşlərini keçirmək qərarına gəliblər. Sosial şəbəkələrdə «ATO veteranları» adlandırılanlar (Donbasda hərbi əmədiyyatlarda iştirak etmiş şəxslər) birləşərək, avqustun 24-də Kiyevin mərkəzində «İradə Marşı» keçirməyi təklif edirlər.

    Qeyd olunmalıdır ki, onların əksəriyyətinin uniformasına «Avropa həmrəyliyi» partiyasının loqotipi «həkk olunub». Bu partiyaya Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko başçılıq edir. O özü də tədbiri dəstəkləyib.

    «Hərbi parad – ordu xalq qarşısında il ərzində baş vermiş dəyişikliklərlə bağlı hesabat verərkən, təkcə tarix və hadisə deyil. O həm də elə hadisədir ki, o zaman xalq ordunu salamlamaq və ona öz hörmətini ifadə etmək imkanı əldə edir. İnsanları bundan məhrum etmək uzaqgörənlik sayıla bilməz» – deyə, Poroşenko öz bloqunda yazıb.

    «Hələ bir həftə əvvəl mən eşitmişəm ki, «zedenet» Müstəqillik günü parad keçirmək istəmir. O zaman mən kiməsə yazdım ki, parad olacaq, əgər hətta mən özüm forma geymiş olsam belə, ailəmi götürəcəm və biz, Kreşatikdən keçəcəyik. Dünən isə, videoya baxarkən, Allah kömək ol, anladım ki, elə də edəcəyəm. Hadisəyə bir neçə saat qalmış minlərlə insanın birləşdiyini görürəm və anlayıram ki, işləmək lazımdır.

    Mən, istəmirəm ki, bütün bunlar kiminsə seçkiqabağı təşviqatı kimi qəbul olunsun (bu, müxtəlif partiyaların tərəfdarlarını və namizədləri kənara itələyərdi), odur ki, hazırlığın bütün əsas hərəkətləri seçkilərdən sonra və siyasi şüarlarsız olacaq. Vaxt var. Çatdırarıq. Çoxları artıq təşkilatı işlərə köməyini təklif edir. Bu kömək mənə lazım olacaq» – deyə, aternativ paradın keçirilməsinin təşəbbüskarı – «Kiyevskaya rus» 25-ci motopiyada batalyonunun döyüşçüsü Pavel Bilous yazıb.

    Ona qoşulan döyüşçülər təbdiri dəstəkləyiblər və Ukrayna ordusunun Ali Baş komandanı olan Zelenskiyə müraciət ediblər.
    «Bura bax, qırışıq köynəkli «çuvaq» («oğlan», «yeniyetmə» mənasına gəlir)… Bizə de (indi səni 100 minlərlə döyüşçü dinləyir). İndiyə qədər kimin ordusu özünə qarşı belə aşağılayıcı münasibət görüb? Bilirsən, Volodya… Məhz bu oğlanlar hər saniyə həyatları ilə risk ediblər ki, sən dadlı yeyəsən və şirin yatasan… Əgər sadə dilə desək, onlar sənin …. və sənin kvartalının künəsini qoruyublar… İndi sən, bizlərin hər birinə «aşıq» atıb, illik paradı ləğv etmək qərarına gəlmisən? Sən, Volodka, gerçəkdən hesab edirsən ki, bu həyatda hər şey satılır və alınır? Bax, sənin bu şəxsi maliyyə sistemində əsgər şərəfi yüz min qriven qiymətindədir? O zaman bizim hamımızda haqlı sual yaranır: Sən, neçəyə dəyərsən? Paradı biz tulalarsız da keçirəcəyik! Bizim üçün bu, şərəf və həlak olanların xatirəsinə hörmət işidir. Sən isə hələlik şaurma «tıxaya» bilərsən…

    Kiçik (Volodya) ordudan qorxur, çünki ordu onun üçün yad elementdir. Sabah o, ordunu ləğv edər. Ordu onun nəyinə lazımdır? Vovka (kiçik – M.A.) o biri Vovka (böyük – M.A.) ilə dostlaşar və hərbçilər özlərinə yeni iş axtarmalı olarlar. Amma heç kim onlara iş verməz…» – deyə, Aleksey Petrov yazıb./azpolitika.info/