Bunları bilmək maraqlıdır

192

* Timsah həzmi yaxşılaşdırmaq üçün daş udur.

* Balinanın südü 50% yağlıdır.

* Delfinin beyninin yalnız yarısı yuxuya gedir. İkinci yarısı oyaq qalır və ətraf mühitə nəzarət edir.

* Döyüşkən balıqlar bir neçə saat su olmadan yaşaya bilərlər.

* İrlandiya, İslandiya, Qrenlandiya və Antarktidada ilan yoxdur.

* Qağayı duzlu su içir.

* Bir dəvə iki həftə su içmədən yaşaya bilər.

* Albatros quşu uçuş zamanı yata bilər.

* Göyərçinlər hara uçacaqlarını əvvəlcədən dəqiqləşdirir.

* Məməlilərdə qan qırmızı, həşəratlarda isə sarı olur.

* Atların yaxşı bir yaddaşı var, onlar bir neçə il əvvəl gördükləri əşyaları, insanları və bacarıqlarını xatırlaya bilirlər.

* Pələngin yalnız dərisi yox, əti də zolaqlıdır.

* Dəvəquşunun gözü beyninin ölçüsündən böyükdür.

* Milçəklər FA notu ilə vızıldayırlar.

* Flaminqolar tüklərinin çəhrayı rəngdə olmasını yedikləri yosun, diatom və karotin ilə zəngin olan kiçik xərçəngkimilərdən əldə edilir.

* Emu quşu geri getməyi bacarmır.

* Çaqqal balalarını yerin altında dünyaya gətirir.