Bulvarda dəhşətli intihar: 28 yaşlı oğlan özünü bıçaqladı, sonra…

    3

    Dənizkənarı Bulvarda intihara cəhd edən oğlan daha sonra özünü dənizə ataraq öldürüb.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Parkın Səbail rayonu ərazisinə düşən hissəsində baş verib.

    1990-cı il təvəllüdlü Sadıqov Şəhriyar Ceyhun oğlu bulvar ərazisində bıçaqla özünə xəsarət yetirərək intihara cəhd göstərib. Daha sonra o, özünü dənizə atıb. Dənizdə boğulmaqda olan şəxs ətrafdakıların köməyilə xilas edilib. Ş.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.