“BUENOS-AYRESDƏKİ BÖYÜK MƏNFUR” – İran nəşri Səudiyyə vəliəhdini aşağıladı

    27

    “Xorasan” qəzeti (İran)

    Argentinanın paytaxtında, o cümlədən Xaşuqcinin və yəmənlilərin qətlinə fərman verməsi ilə nifrət qazanan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin iştirakı ilə, G20 liderlərinin zirvəsi keçirilir.

    Bu nifrət və təcrid Səudiyyə Ərəbistanı tacdar şahzadəsinin də küncdə əks olunduğu G20 rəhbərlərinin “ailə fotoşəkili”ndə də hiss olunur. Xüsusən foto çəkilişə hazırlıq zamanı Ərdoğanın Bin Salmanın yanından keçərkən, ona nəzər yetirmədiyi məqamda.

    G20 toplantısı liderlərinin, ev sahibi ölkənin rəhbəri tək Argentina prezidenti Makri, Fransa prezidenti Makron, İngiltərə baş naziri Mey də daxil olmaqla, cəmi-cümlətanı beşi Səudiyyə Ərəbistanı vəliəhd şahzadə ilə təmasda olub.

    Donald Tramp istəksizliyi səbəbi ilə onunla görüşmədiyini ifadə edib vəhələlik belə bir planının olmadığını da dilə gətirib. Əlbəttə, Tramp Putinlə görüşünü ləğv etsə də, yəqin ki, Bin Salmanla görüşəcək.

    Aydındır ki, Səudiyyə Ərəbistanı tacdar şahzadəsi Argentinanın Buenos-Ayres şəhərində kütləvi informasiya vasitələri və ictimaiyyət üçün arzuolunmaz bir şəxs hesab olunur.

    “Əl-Cəzirə”nin məlumatına görə, diplomatik toxunulmazlığına baxmayaraq, Bin Salman sammit təşkilatçılarının təhlükəsizlik qrupundan və Argentina səlahiyyətlilərdən zəmanət aldıqdan sonra zirvəyə qatılmaq qərarı verib. Lüks oteldə qalmaq yerinə, o, otel binası qarşında meydana gələ biləcək etirazları nəzərə alaraq, Səudiyyə səfirliyində iqamət edib.

    “Əl-Cəzirə”nin bildirdiyinə görə, Məhəmməd bin Salman Buenos-Ayres zirehli müdafiəyə malikdir. Təhlükəsizlik məqsədi ilə səfirlik binasının əsas pəncərələrinə əlavə müdafiə vasitələri quraşdırılıb, səfirin evində də qurğuşunlu şüşələrin quraşdırılması gənc şahzadənin səfirlikdə qalması zamanı təhlükə yarada biləcək hər hansı bir risklə üzləşməməsi üçün icra olunan tədbirlərdən biridir.

    Ancaq G20 zirvəsində Məhəmməd bin Salmanı çətin anlar gözləyir, digər tərəfdən, Səudiyyə şahzadə Xaşuqcinin qətli ilə yaranan nəticələri aradan qaldırmağa çalışır.

    Başqa sözlə, o məruz qaldığı fırtınanı (qətlə görə məsuliyyətini) aradan qaldırmaq niyyətindədir. Amma dünya səviyyəli liderlər Bin Salmandan gen gəzir, çünki beynəlxalq birlik Xaşuqcinin qətli və Yəməndəki amansız müharibəyə görə qazandığı nifrətlə bağlı hətta onunla yanaşı duraraq foto çəkdirməkdən belə çəkinirlər.

    Bəlkə də Məhəmməd bin Salman düşünür ki, onun dünya liderlərii ilə birlikdə fotoşəkilləri nümayişləri və etirazları azaltmaqda təsirli olacaq və öz nüfuzunu dünya liderlərini səviyyəsində yenidən gücləndirəcək. Həmçinin ona əl verib görüşən dünya liderləri sayəsində Səudiyyə Ərəbistanı krallığına rəhbərlik etməsinə dəstək qazana biləcək…

    Tərcümə: Strateq.az