Bu yolda hərəkət məhdudlaşdırılır

    9

    Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

    Hurriyyet.org bildirir ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

    Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.