Bu yolda hərəkət bir aylıq məhdudlaşdırılır – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

    36

    Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 94-cü km-də yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində 5 dekabr tarixindən etibarən 1 ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq.

    Hurriyyet.org xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

    Yarana biləcək müvəqqəti narahatlığa görə Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.