Bu vitaminin çatışmazlığı psixiki pozulmalara və qanazlığına səbəb olur

    9

    B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.

    B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

    B12 vitamininin çatışmazlığı geriyə dönməz sinir və psixiki pozulamaların inkişafına, ağır anemiyaya (qanazlığı) səbəb ola bilər.

    B 12 vitamininin çatışmazlığının simptomları:

    – yorğunluq

    – zəiflik

    – qəbizlik

    – iştahanın azalması

    – çəkinin azalması

    – depressiya

    – yaddaşın pozuması

    – dezorientasiya (şüurun qarışması)

    – ağız boşluğunda və dildə agılar.

    Bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir:

    – veqanlar

    – pis qidalanan insanlar

    – yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə)

    – mədə-bağırsaq sistemində pozulmaları olanlar

    – kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar

    – bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.

    B12 vitamininin əsas mənbələri: ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar. \\Saglamolun.az