“Bu şəxslərin hamısı YAP Neftçala rayon təşkilatı Şurasının üzvləridir” – XAQANİ CƏFƏRLİ

12

“Anar Cəfərov isə YAP Neftçala təşkilatının sədridir”

“Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Siyavuş Novruzov APA-ya müsahibəsində deyib ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev yeganə icra başçısı olub ki, YAP-ın üzvü olmayıb”. Huriyyet.org xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib.

“Bəziləri hətta YAP Neftçala təşkilatının İdarə Heyətinin üzvləridir”

“Ancaq nədənsə Siyavuş Novruzov DTX-nın Neftçala rayonunda üzə çıxardığı korrupsiya şəbəkəsinin əsas fiqurlarının, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının müavini Gültəkin Sadıqov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovun YAP-ın yerli təşkilatının rəhbərliyində təmsil olunmasına münasibət bildirməyib. Bu şəxslərin hamısı YAP Neftçala rayon təşkilatının Şurasının üzvləridir. Bəziləri isə hətta YAP Neftçala təşkilatının İdarə Heyətinin üzvləridir”,-deyə politoloq əlavə edib.

Cəfərli onu da nəzərə çatdırıb ki, korrupsiya və rüşvətxorluqda ittiham edilərək həbs edilənlərdən biri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov isə YAP Neftçala təşkilatının sədridir: “O, bu vəzifəyə YAP Neftçala rayon təşkilatının VI konfransında seçilib”.

 Şamo EMİN, Hurriyyet.org