Bu qaydanı pozanın, 2 min cəriməsi var – İŞ ADAMLARININ NƏZƏRİNƏ \ VİDEO

    18

    Havaların isti keçməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə xəbərdarlıq edib. Temperatur 41dərəcəni keçərsə açıqhavada görülən bütün işlər dayandırlmalıdır. Qanunvericiliyin tələblərini pozanları isə2 min manata qədər cərimə gözləyir.

    Yaxın günlərdə ölkə ərazisində hava şəraitinin kəskin isti keçəcəyi, bəzi yerlərdə havanın temperaturunun 46 dərəcəyə qədər yüksəlməsi əmək şəraitini gündəmə gətirib

    Bununla bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirliyi işəgötürənlərə xəbərdarlıq edib. Ölkə ərazisində müşahidə edilən kəskin istilərlə bağlı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müəyyən işlər dayandırılmalıdır.

    Məqsəd kəskin istilərin işçilərə təsirini azaltmaqdır.Nazirliyin mətbuat katibi Fazil Talıblı qeyd edib ki, yaranacaq fasilələrin işçilərin əmək haqlarına təsiri yoxdur

    Qanunvericiliyin bu tələblərini pozanlara cərimə ediləcəklər.

    Əgər hansısa işəgötürən bu xəbərdarlığı nəzərə almasa, o zaman işçilər nazirliyin 142 saylı çağrı mərkəzinə məlumat verə bilərlər.