Hurriyyet.org xəbər verir ki, Şimali Afrikada yerləşən Tunisdə bu gün baş verən iki kamikadze terroru nəticəsində 9 nəfər yaralanıb.
Paytaxt Tunis şəhərinin mərkəzində, Fransa səfirliyinin yaxınlığında bir polis avtomobilinə qarşı həyata keçirilən kamikadze terroru nəticəsində 3 nəfər polis məmurunun və 2 nəfər mülki vətəndaşın yaralandığı bildirilir. Hadisənin şahidləri bir nəfər terrorçunun polis avtomobilinin qarşısında özünü partlatdığını söyləyiblər.
İkinci hücum Terrorla Mübarizə İdarəsinin qarşısında həyata keçirilib.
İki hücum nəticəsində 6 nəfəri polis olmaqla, ümumilikdə 9 nəfər yaralanıb.
Ölkənin cənubundakı Qafsa şəhərində naməlum silahlı şəxslər televiziya stansiyasını hədəfə alıblar.
Bu hücumun digər iki hadisə ilə əlaqədar olub-olmadığı araşdırılır.
Hurriyyet.org