Bu ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir

    3

    Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.

    Hurriyyet.org Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Serbiyaya səfər edən Azərbaycan vətəndaşları üçün viza rejimi iyunun 2-də ləğv ediləcək.

    Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç ötən həftə Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.