Bu nömrəni alana maşın pulsuz verilir – Azərbaycanda qeyri-adi elan – FOTO

    6

    Avtomobil elanlarına görə tanınmış yerli Facebook səhifələrinin birində məzəli avtomobil satışı elanı yerləşdirilib.

    Hurriyyet.org avtosfer.az-a istinadən xəbər verir ki, elanı göndərən şəxs 10-KJ-500 dövlət nömrə nişanını 11000 manata satdığını, onu alacaq şəxsə nömrənin üstündə 2005-ci ilin "QAZ-31"-ini hədiyyə edəcəyini yazıb.

    Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi fərdi şəxslərin dövlət qeydiyyat nişanlarını satmasının qanunsuz olduğunu dəfələrlə bəyan edib. Nömrə yalnız DYP-nin Qeydiyyat-İmtahan İdarəsində və şöbələrində satıla bilər.

    Azərbaycanda qeyri-adi elan: Nömrəni alana maşın pulsuz verilir - FOTO