Bu küçələrdə maşın saxlamaq olmaz – Siyahı AÇIQLANDI

    15

    Yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq.

    BNA-dan daxil olan məlumata görə, sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyyə işlərinin həyata keçiriləcəyi ünvanların siyahısı açıqlanıb. Bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir./ "Qafqazinfo"/

    Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər

    S/s

    Küçə/prospekt

    Ərazi

    M.Hadi küç.

    Əhmədli m/st. ətrafı

    Qara Qarayev pr.

    8-ci km bazarının qarşısı

    Qara Qarayev pr.

    Neftçilər m/st. – Dakar meydanının ətrafı

    B.Çobanzadə küç.

    Şadlıq saraylarının qarşısı

    Bakı Dairəvi yolu – Zaqulba şos.

    Bilgəh kordioloji sanatoriyasının qarşısı

    Şəhər şossesi(Sabunçu-Zabrat yolu)

    Yerüstü piyada keçidinin yanı

    Sakit Qocayev küçəsi

    Bakıxanov T\M-nin ətrafı

    Heydər Əliyev pr.

    Qala yoluna dönən hissə (Rahat marketin qarşısı)

    Əli İsazadə küç. (Binə qəs.)

    Mərkəz

    Heydər Əliyev pr.

    Koroğlu m/st. ətrafı

    Xocalı pr.

    Xətai m/st.qarşısı

    Nobel pr.

    ASAN Xidmətin qarşısı

    Afiyəddin Cəlilov küç.

    “Megafun”ın qarşısı

    Neftçilər prospekti

    Prospekt boyu

    28 May küç.

    23 nömrəli məktəbin qarşısı

    Dilarə Əliyeva küç.

    ADNSU-nin yanı

    Xəqani küç.

    Küçə boyu

    Nizami küç.

    Küçə boyu

    K.Kazımzadə küç.

    Zooparkın qarşısı

    F.X.Xoyski pr.

    Gənclik Mall-un qarşısı

    Ağa Nemətulla küç.

    Nərimanov Rayon Məhkəməsinin qarşısı

    Təbriz küç.

    Metropark T\M. və Nərimanov metro stansiyasının qarşısı

    M.K.Atatürk pr.

    Ayna Sultanova heykəlinin yanı

    Ak.H.Əliyev küç.

    Asan xidmətin qarşısı

    Moskva pr., Müzəffər Həsənov küç., Rövşən Cəfərov küç.

    20 Yanvar m/st ətrafı

    Rövşən Cəfərov, Alı Mustafayev, Cavadxan küçələri

    3-cü mkr. dairəsinin ətrafı

    Alı Mustafayev küç.

    3-cü mkr. bazarının qarşısı

    Cavadxan küç., Hüseynbala Əliyev küç.

    Memar Əcəmi m/st. ətrafı

    Rəşid İsmayilov küçəsində

    Biləcəri dairəsi

    Moskva pr.

    “Şamaxinka” adlanan ərazi

    H.Zərdabi pr.

    Topçubaşov adına xəstəxananın qarşısı

    A.Salamzadə küç.

    Yasamal Rayon Polis İdarəsinin yanı

    A.M.Şərifzadə küç.

    İnşaatçılar m/st. ətrafı və ASAN xidməti

    Əsəd Əhmədov küçəsi

    Bizim marketin qarşısı

    Hüseyn Cavid pr.

    Elmlər Akademiyası m/st. ətrafı

    Abdulla Şaiq küç.

    Statistika dairəsi

    C.Cabbarlı küç.

    "Caspian Plaza"-nın qarşısı

    Süleyman Rəhimov küçəsi

    Bakı Slavyan Universiteti

    Süleyman Rüstəm küçəsi

    Süleyman Rəhimov küçəsi ilə kəsişməsi

    Ş.Bədəlbəyli küç.

    Azadlıq pr. ilə kəsişmə

    S.S.Axundov küç.

    Azadlıq m/st. ətrafı

    Əcəmi Naxçıvani küçəsi

    Küçə boyu