Bu gün üç rayonda qaz olmayacaq

    6

    Bu gün üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

    “Azəriqaz” İstehsalat Birliyindən Hurriyyet.org-a verilən məlumata görə, İsmayıllı rayonu ərazisində aşkar olunan qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı olaraq bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

    Bundan başqa, saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə bir qəsəbə və yeddi kənddə qaz təchizatı dayandırılacaq