“Bu gün o saxta protokola imza atan MSK üzvləri…” – BƏXTİYAR HACIYEV

6

29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürmüş Bəxtiyar Hacıyev öz  “Feysbuk” sosial şəbəkəsində bir paylaşım edib. Hurriyyet.org həmin paylaşımı olduğu kimi izləyicilərinə təqdim edir.

"MSK bu gün seçkilərin yekun protokolunu imzalayıb, Konstitusiya Məhkəməsinə göndərib. Sabah Ali Məhkəmənin, növbəti günlərdə Konstitusiya Məhkəməsinin nə qərar verməsindən asılı olmayaraq, bütün dairələrdə, xüsusi ilə də 29-dakı saxtakarlıq faktlarını görüb, MSK binasının qarşısında və içində "29-da seçki olmayıbmış ki!", "Protokollar uyğun gəlmirsə, videolarda fərqli say deyilirsə, bunlar pozuntu yox, cinayətdir" deyən, amma ikiüzlülük edərək bu gün o protokolu imzalayan MSK üzvləri başları dik cəmiyyət arasına çıxa bilməməlidirlər. Sizin hər biriniz öz imzanızı atmaqla milyonlarla insanın səsini oğurlamağa ortaq oldunuz, haqlarını yediniz.

Haqqımız nə sizə halal olmasın, nə də masa altından çıxan bülletenlərlə özünə "millət vəkili" deyəcək səs oğrularına!

Sizin imzalarınız arxivdə, internet saytlarında qalacaq. Bizim faktlarımız da sosial şəbəkələrdə. Heç kim və heç nə əbədi deyil. 3 il, 5 il, 10 il, neçəsə il çəkər, bilmirəm, amma mütləq bir gün bu saxtakarlığa imza atdığınıza görə özünüz və övladlarınız ədalətli cəmiyyətdə başlarını aşağı əyməyə məcbur olacaq.

Hər gün güzgüyə baxanda, bir loxma çörək yeyəndə milyonlarla insanın haqqını yediyinizi unutmayın, bu gün o saxta protokola imza atan MSK üzvləri… Mənim üçün sizin Serj Sarkisyandan, R.Koçaryandan fərqiniz yoxdur. Onlar kənardan, siz daxildən düşmən kəsildiniz bu xalqa".

Hurriyyet.org