Bu gün Makronun Rusiyaya səfəri başlanır

    9

    Hurriyyet.org xəbər verir ki, bu gün Fransa prezidenti Emmanuel Makronun Rusiyaya rəsmi səfəri başlanır. O, Sankt-Peterburqda RF prezidenti Vladimir Putin ilə görüşəcək və Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.

    Bu, Fransa Respublikasının prezidenti qismində Makronun Rusiyaya ilk səfəridir. O, 2016-cı ildə Moskvada səfərdə olsa da, o zaman Fransanın iqtisadiyyat naziri və işgüzar əməkdaşlıq üzrə ikitərəfli Şuranın həmsədri idi. Məhz Makronun həmin vəzifələri icra elədiyi zaman Fransa Rusiya iqtisadiyyatının xarici sərmayədarları arasında liderə çevrilib və Rusiyanın investor tərəfdaşları siyahısındakı həmin yeri indiyə qədər saxlamaqdadır.

    Hurriyyet.org