Bu gün daha bir yolda hərəkət məhdudlaşdırılacaq

    9

    Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

    Hurriyyet.org bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

    Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadələ etmələri tövsiyə olunur.