“Bu, ciddi xətadır, yeni bir müharibə başlaya bilər” – OBAMA

    3

    Hurriyyet.org xəbər verir ki, 2015-ci ildə İran dövləti ilə nüvə müaviləsini imzalayan keçmiş ABŞ prezidenti Barak Obama Trampın müqavilədən imtina eləmək qərarına mənfi yanaşıb: “İranın qətiyyən pozmadığı nüvə müqaviləsini riskə atmaq qərarı ciddi bir xətadır”. Obama nüvə razılaşmasının həm ABŞ-ı, həm də dünyanı “nüvə silahına sahib olan İrandan qoruduğunu”, müqavilənin möhkəm təməllər üzərində bağlandığını bildirib: “Müqavilə olmadığı təqdirdə ABŞ nüvə silahına sahib olan İran ilə savaş və yaxud Yaxın Şərqdə başqa bir müharibə arasında seçim eləməyə məcbur qala bilər”.

    Hurriyyet.org