Bu yerlərdə tibbi maskalardan istifadə məcburidir – Qərargah

30

“Qapalı yerlərdə tibbi maskalardan istifadə məcburidir”.

Hurriyyet.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, ictimai nəqliyyatda və digər yerlərdə də bu qaydalara riayət edilməsinə çağırış edilir: “İctimai nəqliyyatda da qoruyucu vasitələrdən istfiadə etmək məcburidir. Təlimatlar təsdiqlənəndən sonra ictimai nəqliyyatda sürücülər və sərnişinlşərin nələrə riayət etməli olduğu əksini tapacaq”./apa/