Jirinovski erməniləri Ankaraya qarşı müharibəyə çağırdı

    6

    Bu yaxınlarda Ermənistana müraciətlə verdiyi “indi Türkiyəyə məxsus olan tarixi torpaqların qaytarılması”na və bu çağırışın həyata keçirilməsinə dair bəyanatına gəldikdə isə Jirinovski deyib: “Qoy bunu ermənilər özləri həll etsinlər. Kürdlər öz dövlətlərinin yaradılması üçün necə mübarizə aparırlar? Əllərində silahla. Eləcə də qoy ermənilər diplomatik, iqtisadi, siyasi, həm mənəvi, eləcə də istənilən tədbirlərdən istifadə etsinlər. Sonda isə görünür ki, onlar öz torpaqlarını silahla geri qaytarmalı olacaqlar”, – RLDP rəhbəri vurğulayıb.(oxu.az)