“Bu xalqa, bu dövlətə ancaq qələbə yaraşır!”

102

“Cəbhədən gələn xəbərləri böyük həyacanla izləyirik”. Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə”nin idman direktoru Ramiz Məmmədov deyib. Bir müddət əvvəl Azərbaycan Ordusuna könüllü yazılan tanınmış mütəxəssis işğal altındakı torpaqlrımızın tezliklə azad ediləcəyinə əmin olduğunu bildirib:

“Bu gün bütün Azərbaycan xalqı birdir, dövlətin arxasındadır. İnsanlarda böyük ruh yüksəkliyi, birlik, qələbəyə inam görürəm. 10 milyon vətəndaş cənab prezidentin, Ali Baş Komandanın arxasındadır, onu dəstəkləyir. Bir ölkə üçün bundan gözəl mənzərə, bundan güclü həmrəylik ola bilməz. Ali Baş Komandanın bir əmri ilə bütün xalqımız səfərbər oldu və indi hər kəs istəyir ki, döyüş bölgəsinə getsin, əlinə silah götürüb, bədnam ermənilərə qarşı vuruşsun.

Mən hələ gəncləri demirəm, yaşlılar da müharibəyə getməyi arzulayır. 60-65 yaşlı çoxlu belə insan tanıyıram. Özümə hazırda Mingəçevirdəyəm, orduya çağırılacağım günü gözləyirəm. Yaxın qohumlarımın əksəriyyəti cəbhə bölgəsində yaşayır, onlarla mütəmadi əlaqədəyəm. Heç kim doğma kəndini, el-obasını tərek etməyib. Hamı öz işindədir, təsərrüfatı ilə məşğuldur. Bu xalqın sındırılması, qəddinin əyilməsi mümkün deyil. 30 ildir hamımız bu günü gözləyirdik. Səbrin də bir həddi var. Ermənilərin torpaqlarımızı sülh yolu ilə qaytarmasını bundan sonra gözləməyə dəyməz.

Bizi zorla müharibəyə çəkdilər, indi də ordumuz onlara yerlərini göstərir. Xeyli sayda idmançı dostum var ki, çağırış gözləyir. Özüm Ağdamın Kəngərli kəndində dünyaya gəlmişəm, o torpaqların hər çığırına bələdəm. Orduya kömək etmək üçün gün sayıram. Ölkəmizin başçısı da bildirib ki, yalnız irəli! Mən əminəm ki, bu gedişlə bütün torpaqlarımızı tezliklə qudurğan ermənilərdən təmizləyəcəyik.

Ötən gün Mingəçevirdə hərbi komissarlığın qarşısndan əsgərlər yola salınırdı. Kimin üzünə baxırsan, təbəssüm, istək, döyüş ruhu görürsən. İnsanlar öz övladlarını böyük həvəslə, böyüuk arzularla yola salırdı. Mən həmin ata-anaların qarşısında baş əyirəm. Həqiqətən inanılmaz qurur hissi keçirdim, azərbaycanlı olmağımla fəxr elədim. Bu xalqa, bu dövlətə ancaq qələbə yaraşır!”.