“Bu, Türkiyəyə qarşı müharibə elan eləmək demək olacaq”

99

Hurriyyet.org xəbər verir ki, Misir prezidenti Əbdülfəttah Sisidən gələn Liviya təhdidinin ardından Misirin Liviyaya hərbi müdaxilə edib-etməyəcəyi məsələsi müzakirə edilməkdədir. Mütəxəssislər Türkiyənin dəstəklədiyi Liviya Barışıq hökumətinə qarşı hər hansı hücumun eyni zamanda Türkiyəyə qarşı müharibə elan etmək demək olduğunu bildirirlər.

Yaxın Şərq üzrə analitik Məhəmməd Pərviz Bilqrami Sisinin son açıqlamalarının siyasi mesaj ola biləcəyini bildirərək deyib: “Misir ordusunun Liviyada zəif nöqtələri var. Xarici bir ölkənin torpaqlarına güclü əməliyyat keçirmək imkanına malik deyillər. Misir iqtisadiyyatı onsuz da problem içərisindədir. Efiopiya ilə Misiri müharibə dərəcəsinə gətirən su bəndi problemi həll olunmalıdır. Bu bəndlər Misir üçün daha mühüm məsələdir”.

Türkiyənin “Yeni Şafak”  nəşrində dərc edilən məqalədə Bilqrami Misirin  Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin dəstəklərinə də bel bağlaya bilməyəcəyini bildirib. O deyib: “Liviyada Həftəri dəstəkləyən ölkələrin mənfəətləri bir-birindən fərqlidir. Fransa ilə Rusiyanın bu ölkədəki agenturaları da bir-birindən fərqli məqsədlər güdürlər”. Bilqrami deyib: “Misir ordusu və xalqı Türkiyə kimi bir ölkə ilə döyüşərək zərərə düşmək istəməyəcək qədər yetkin xalqdır. Həmçinin, Misir ordusu Sisinin xətaları ilə milli mənfəət arasında düzgün seçim edə bilər. Türkiyə ilə Misir kimi ölkələrin toqquşması nə Yaxın Şərq, nə Şimali Afrika, nə də müsəlman dünyasına bir şey qazandıra bilməz”.

Hurriyyet.org