“Bu təlimlər Ermənistana xəbərdarlıq xarakterlidir” – MƏHƏMMMƏD ƏSƏDULLAZADƏ

36

 “Azərbaycan ordusnun ayın 18-dən  22-  kimi başayalacaq hərbi-taktiki təlimləri regionda geniş miqyaslı təlim olacaq. 10 min şəxsi heyətin və 400 yaxın zirehli texnikanın və artilleriya vasitələrinin dəstəyi ilə keçiriləcək bu təlimlər Qarabağ münaqişəsinin həllində danışıqların dalana dirəndiyi bir vaxtda keçirilir. Bu təlimlər, əsasən ərazilərin işğaldan azad edilməsi planına uyğun olaraq keçirilir və Ermənistana birbaşa xəbərdarlıq xarakterlidir”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəszilik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Hazırkı hərbi təlimlər müharibə oyunları müstəvisindədir”

 Əsədullazadə qeyd edib ki, məhz Aprel döyüşləri ərəfəsində ordumuz bu kimi təlimlər keçirirdi və nəticədə paraktik olaraq Ermənistan üzərində bunu həyata keçirdi: “Hazırkı hərbi təlimlər müharibə oyunları müstəvisindədir və ordunun döyüş qabiliyyətinin nümayişidir”.

M. Əsədullazadə vurğulayıb ki, Ermənistan tərəfi faktiki danışıqlardan yayınır: “Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı ilə iki dəfə telefon danışıqlarından sonra, erməni nazir daha da sərt ritorika sərgiləyir. Görünür, Sergey Lavrov bunu ona təşqviq edir. İşğalçı ölkənin xarici işlər naziri Z. Mnatsakanyan konkret olaraq tarazlaşdırılmış həll varinatından danışır. Bu həll varinatı əsasən, Qarbağa müstəqilliyin verilməsidir”.

 “Moskvanın regional maraqları Yerevanın danışıqlardan yayınmaq kursu götürməsinə gətirib çıxarır”

“Göründüyü kimi, danışıqlar prosesində heç bir irəlləyiş yoxdur. Hətta erməni tərəfi masada olan həll variantlarını inkar edir. Prezidentin köməkçisi Hikmət Hacıyev də Ermənistanın danışıqları pozduğunu vurğuladı. Ermənistanda daxili siyasi vəziyyətin mürəkkəb olması, Moskvanın regional maraqları Yerevanın danışıqlardan yayınmaq kursu götürməsinə gətirib çıxarır”,-deyə politoloq əlavə edib.

“Mününaqişənin həlli yalnız Azərbaycanın siyasi iradəsini ortaya qoyub, işğalçıya güclü zərbələrdən aslıdır”

Əsədullazadə onu da nəzərə çatdırıb ki, Ermənistan Araz çayı istiqamətində yeni yol salır, burada əkinçilyi inkişaf etdirir: “Burada yeni kəndlər salır. Danışıqlarda Ermənistana təminat vermək lazım deyil. Onlar atəşkəsin qorunmasından istifadə edib, ərazilərimizdə möhkəmlənirlər. ATƏT -ın Misnk qrupuna gəldikdə isə, bu format özünü tükədib və formal xarakter daşıyır.  Ona görə, nünaqişənin həlli yalnız Azərbaycanın siyasi iradəsini ortaya qoyub, işğalçıya güclü zərbələrdən aslıdır. Atəşkəsdən 26 il keçir və bu müddət ərzində ordumuzu gücləndirmiş, amma proseslərdə Ermənistan Qarabağa nəzarəti tam əlində saxlayıb,  ona bu imkanı verməmək lazımdır”.

M.Əsədullazadənin fikrincə, Ermənistan Dilqəm və Şahbazı qaytarmırsa, heç vaxt danışıqlar ilə ərazi qaytarmayacaq.

Şamo EMİN, Hurriyyet.org