Bu stadiona Maradonanın adı veriləcək

312

Argentinanın La-Plata şəhərində yerləşən “Uniko” stadionunun adı dəyişdiriləcək. Bu barədə Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kisillof “Infobae” nəşrinə açıqlamasında deyib. O bildirib ki, arena dünya futbolunun əfsanəsi, ötən ay dünyasını dəyişmiş Dieqo Maradonanın şərəfinə “Uniko de La-Plata Dieqo Armando Maradona” adlandırılacaq.

Bu, argentinalı veteran hücumçunun adını daşıyan 2-ci stadion olacaq. Daha əvvəl “Napoli”nin ev oyunlarını keçirdiyi arenaya Maradonanın adı verilib. Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.