“Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir“ – Davudoğlu

    6

    Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-nın plenar sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın atəşkəsi pozmasının təsirlərinin Naxçıvan Muxtar Respublikasına da yayılması narahatlıq üçün səbəbdir: “Beynəlxalq ictimaiyyət və xüsusilə Minsk Qrupunun həmsədrləri silahlı təxribatları və atəşkəs pozuntularını dayandırması üçün Ermənistana xəbərdarlıq etməlidir. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə münaqişənin sülh yolu ilə həlli səylərinə dəstək verir. Azərbaycanın işğal altındakı ərazilərinin tez bir zamanda azad olunması ilə bağlı Azərbaycana dəstəyimiz də davam edəcək“.(apa)