Bu şəhər və rayonlarda sərt karantin rejimi bərpa olunur – TİCARƏT OBYEKTLƏRİ, BƏRBƏRXANALAR…

381

İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva brifinqdə bildirib.

O qeyd edib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər:

“Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları, muzey və sərgi salonları bağlanır. Həmçinin, açıq havada idman oyunları qadağan edilir”.