Bu şəxslərin xidməti vəsiqə ilə hərəkətinə icazə verilir – SİYAHI

348

Bu gündən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiqi edilir.

Sfera.az-ın məlumatına görə, sərt karantin dövründə aşağıdakı şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə icazə verilir:
2.1.1.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və 2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
2.1.2.Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
2.1.3.mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.4.Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Aparatının əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında); 2.1.5.dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.6.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.7. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; 2.1.8. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, habelə onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
2.1.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları.
Qeyd edək ki, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;
2.2.2.”icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə);
2.2.3.fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;
2.2.4. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları.
2.3. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir.
2.4. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Bu Qərarın 2.2-ci və 2.4-cü bəndlərində göstərilən şəxslər bu Qərarın 1-ci hissəsində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında hərəkət edirlər.