Bu sənəddən imtina üçün heç bir yol qalmayıb – Paşinyan

216

Bu sənəddən imtina etmək üçün bizə heç bir yol qalmayıb. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik.

Bunu Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ortaq bir bəyanatdır, razılaşma və ya müqavilə deyil:

“İmzalamasa idim, Xankəndi ələ keçiriləcəkdi və 20-30 min hərbçimiz mühasirəyə alınacaqdı. Qərarı bir neçə saat ərzində verməli idim. Bununla Xankəndi ətrafındakı hərbçilərimizi qorumuş oldum. Bu sənəd müharibəni bitirmək üçün bir sənəddir”. \\Trend