Bu rayonda xəstəxana direktoru işdən çıxarılıb? – TƏBİB-dən AÇIQLAMA

72

“Bu gün bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib”.

Hurriyyet.org xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yazılanlar həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib: “Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik”.