Bu qurumun üzvlərinə xidməti pasport VERİLMƏYƏCƏK

276

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin üzvləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb.

Prezident İlham Əliyev bununla bağlı “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. \\Report