“BU QİSAS YERDƏ QALMAYACAQ” – İTC bəyan etdi: “Rusiyanın iştirakı ilə keçiriləcək hər hansı danışıq yolverilməzdir”

144

“2020-ci il oktyabr ayının 10-dan 11-nə keçən gecə Ermənistan terror dövlətinin doğma Gəncəmizə şərəfsizcəsinə, humanitar atəşkəs rejimindən istifadə edərək yüksək dərəcəli dağıdıcılıq gücünə malik, beynəlxalq konvensiyalarla qadağan olunmuş kaset bombaları ilə təchiz olunmuş ballistik raket zərbəsi nəticəsində çoxsaylı təlafata səbəb olan terror aktını lənətləyir, bu qisasın yerdə qalmayacağını xalqımızın nəzərinə çatdırırıq”.
Hurriyyet.org xəbər verir ki, bu haqda İrəvan Türk Cümhuriyyəti (İTC) Millət Şurasının bəyanatında vurğulanır.
Bəyanatda daha sonra qeyd olunur: “Biz məkrli, hiyləgər və qəddar düşmənlə üz-üzəyik. Belə bir düşmənlə heç bir danışığın və razılaşmanın əldə olunmasının mümkün olmadığının bir daha bütün dünyanın gözü önündə təsdiqləndiyini bəyan edirik. Eyni zamanda nəzərə alınmalıdır ki, bu terror aktları Moskvada, erməni dövlətinin, eləcə də Qarabağın erməniləşdirmə siyasətinin qaynaqlandığı, Xocalı cinayətinin suç ortağı olan bir dövlətin paytaxtında keçirilən «sülh danışıqları»ndan sonra baş verməsi heç də təsadüfi deyil. Bu danışıqlar da, «atəşkəs razılaşması» da, dinc əhaliyə qarşı törədilən çoxsaylı cinayət əməlləri də əlaqəli şəkildə həyata keçirilən, Azərbaycan xalqına və dövlətinə qarşı təzyiq mexanizmi, cəbhədə qəhrəman əsgərlərimiz tərəfindən ələ keçirilmiş mövqelərin geri qaytarılması, eləcə də ökəmizdə çaxnaşma salmaq, milli birliyi zədələmək məqsədilə atılmış cinayətkar düşmən əməlləridir. İTC MŞ olaraq bəyan edirik ki, 200 ildən artıqdır erməni siyasətinə müəlliflik və havadarlıq edən Rusiya dövlətinin və onun erməni xarici işlər nazirinin təşəbbüsü və iştirakı ilə keçiriləcək hər hansı danışıq Azərbaycan xalqı və dövlətinin mənafelərinə ziddir və yolverilməzdir. Hesab edirik ki, Azərbaycan Respublikası yalnız Türkiyə Cümhuriyyəti ilə hərbi-siyasi ittifaqda, eləcə də Pakistan, Macarıstan, Ukrayna və s. dost dövlətlər ilə birlikdə millətimizin maraq və mənafelərinin təminatına nail ola bilər, bu istiqamətdə təcili addımların atılmasının vaxtı çoxdan çatmışdır.
Bir daha bu ağır günlərdə Azərbaycan xalqını ayıq olmağa, baş verən və verə biləcək təxribatlara qarşı diqqətli olmağa, milli birliyimizin qorunmasını və möhkəmləndirilməsini təmin etməyə çağırırıq.
Yaşasın Azərbaycan xalqı və Dövləti!
Yaşasın Böyük Türk Milləti!”

Hurriyyet.org