“Bu  qədər pula alınan ağac-kolu hara əkəcəksiniz?” – MİRVARİ QƏHRƏMANLI

36

“Əksər idarələrin büdcəsi bu  vəziyyətdədir”

“Neft pulları və ekologiya! Neft Daşları NQÇİ. 2020-ci ilə dair illik iş proqramı və büdcə. Ay MaşAllah, ekologiya fədailərinə eşq olsun. Super fikirləşiblər. Əgər yoxlama aparılsa, həmin mal və avadanlıqlar, ağaclar və s.yerində olmasa, səbəbkar külək və dəniz olacaq”. Hurriyyet.org xəbər verir ki, bu fikirləri Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında qeyd edib.

“Ağac-kol və gül bitkilərinin alınması üçün 20.900 manat vəsait nəzərdə tutulub”

M. Qəhrəmanlı diqqətə çatdırıb ki, 11.3.2020-ci il tarixində ətraf mühitin mühafizəsi tədbirlərində istifadə olunacaq mal-materialın alınması üçün 81.491 manat vəsait nəzərdə tutulub: “Qeyd edilən vəsait aşağıda göstərilmiş avadanlıqların alınması üçün istifadə olunacaqdır:

-Yaşıllıqların salınmasında lazım olan ləvazimat (bel, bağ qayçısı, lom və s.;

-Ekoloji maariflədirmə plakatları, tullantı konteynerləri, tullantıların yığılması üçün polietilen torbalar;

-Əkilmiş ağac, gül kolları və dekorativ bitkilərə aqrotexniki qulluq göstərilməsi üçün pestisidlər və gübrələr;

-Bioloji təmizləmə qurğuları üçün reagent (natrium hipoxlorid;

-Otbiçən maşınlar, plastmas boru, ventil, suvarma şlanqı və s;

Ağaclar və kolların alınması və ağaclara aqrotexniki qulluq

11.5. 2020-ci il ərzində ağac-kol və gül bitkilərinin alınması üçün 20.900 manat vəsait nəzərdə tutulmuşdur. Soruşmağa ayıb olmasın, bu  qədər pula alınan ağac-kolu hara əkəcəksiniz? Allah evinizi tiksin”.

Qəhrəmanlı onu da vurğulayıb ki, əksər idarələrin büdcəsi  bu  vəziyyətdədir: “İcra və nəzarət isə “0””.

Şamo EMİN, Hurriyyet.org