“Bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq”

33
Canni De Byazi: “Penaltini Qaranın vurmasını mən istədim”

Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanımız oldu, ancaq istifadə edə bilmədik. Fasillədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçular meydanda ürəklərini qoydular”.

Bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında Kipr yığmasıyla qolsuz bərabərliklə nəticələnən bugünkü ev matçından sonra keçirdiyi mətbuat konfransından sonra bildirib.

İtaliyalı mütəxəssis.qrupdakı son şansımızdan istifadə etmək istədiklərini açıqlayıb: “Təəssüf ki, alınmadı. Bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik. Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək”.

De Byazi Albaniyadakı matçda qələbə üçün ən real şansımıza – dəqiq yerinə yetirə bilmədiyimiz penalti epizoduna da toxunub: “Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qaranın (Qara Qarayev-red) vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”.