Daha bir ölkə koronavirusa qalib gəldiyini elan etdi – Bütün qadağalar götürülür

18

Sərhədlərin açılması xaric 9 iyundan etibarən Yeni Zelandiyada ölkə daxili bütün qadağalar ləğv ediləcək.

Xəbəri ölkə üzrə heç bir koronovirus yoluxmasının qeydə alınmadığını deyən baş nazir Casinda Arden açıqlayıb.

İctimai və şəxsi tədbirlər qadağasız keçiriləcək, pərakəndə ticarət və otel sektoru adi rejimdə işləyəcək, ictimai nəqliyyat tam bərpa olunacaq.

“Əminik ki, Yeni Zelandiyada virus yoluxması hal-hazırda dayanıb, lakin bu tam ləğv deyil, daim səy lazımdır” – Arden deyib.

Qeyd edək ki, Kovid-19 epidemiyası başladığı gündən Yeni Zelandiyada 1504 koronovirusa yoluxma, 22 ölüm halı qeydə alınıb./avropa.info/