Bu ölkədə kütləvi qətllərə görə fövqəladə vəziyyət elan edildi – FOTOLAR

51

Salvadorda bir gündə törədilən 22 qətl cinayətinə görə fövqəladə vəziyyət elan edilib.

“The Guardian” xəbər verir ki, ölkə prezidenti Nayib Bukele bununla bağlı qərar imzalayıb.

Məlumata görə, N.Bukele bütün cinayətkar qruplaşma başçıları və üzvlərini nəzarət altına almaqla bağlı göstəriş verib. Mərkəzi Amerika ölkəsindəki İzalko həbsxanasında məhkumlar zorla hücrə həbsinə salınıb.

Beləliklə, pandemiya təhlükəsinə baxmayaraq, yüzlərlə məhkum sosial məsafə və qabaqlayıcı tədbirlər nəzərə alınmadan bir yerə toplanılıb.

Qeyd edək ki, 6,5 milyon əhalisi olan Salvadorda koronavirusa yoluxma faktlarının sayı 323-dür./report/