Bu ölkə elektromobil satışına görə rekord qırdı

162

Elektromobil satışı üzrə ötən ilin ayrı-ayrı ölkələrə aid göstəriciləri açıqlanıb. Məlum olub ki, Norveç elektrikli nəqliyyat vasitələrinin satışı üzrə rekord qırıb. Ted.az bildirir ki, bu ölkədə keçən il satılan yeni avtomobillərin 54,3 %-ni elektromobil təşkil edib. Bu statistikanı Norveç Yol Federasiyası (OFV) da təsdiqləyib. Bildirilib ki, 2019-cu ildə bu göstərici 42,4 % idi.

Qeyd edək ki, 2025-ci ilə qədər fosil yanacaqlardan istifadənin qadağan olunmasını hədəfləyən Norveç digər avtomobillərə tətbiq olunan vergiləri yalnız elektromobillərə şamil etmir.