Bu müsəlman ölkəsi koronavirusa QALİB GƏLDİ…

11
Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Səhiyyə və Profilaktika Nazirliyi ölkədə “COVID-19”  xəstələrinin sağalma səviyyəsinin 90% -ə çatdığını və bunun dünyanın bütün ölkələri arasında ən yaxşı göstəricilərdən biri olduğunu bildirib.

Hurriyyet.org  bu haqda xarici İslam saytlarına  istinadla xəbər verir.

Nazir Əbdül Rəhman bin Məhəmməd Əl-Uveysin sözlərinə görə, ölkədə koronavirus üçün təxminən 5,2 milyon test aparılıb. 3 Avqust 2020-ci il tarixində koronavirusa yoluxmuş insanların ümumi sayı 61 163-ə çatıb, 54.863 xəstə isə tam sağalıb.
3 avqust 2020-ci ildə BƏƏ-də yalnız 164 yeni yoluxma hadisəsi aşkar edilib ki,  bu da 2020-ci il aprelin 1-dən bu yana rekord göstəricidir. Həmçinin eyni gündə 248 xəstə sağalıb və 3 gün ardıcıl olaraq koronavirusun ağırlaşmaları nəticəsində ölüm halı olmayıb.
Ölkədə bu günədək  cəmi 351 “COVİD-19” xəstəsi vəfat edib.
Bu arada, BƏƏ Səhiyyə və Profilaktika Nazirliyi bütün yerli sakinləri koronavirusun qarşısının alınması tədbirlərinə davam etməyə və son aylar ərzində xalqın sağlamlığını qorumaq üçün yorulmadan çalışan pandemiya döyüşçülərinə – həkimlərə qayğı göstərməyə çağırıb.
Nazir qeyd edib ki, ən böyük problem profilaktika qaydalarına hörmətsizlikdir. O, BƏƏ sakinlərinin müntəzəm idman etmələri, kifayət qədər yuxu yatmaları, sağlam qidalanma və siqaretdən imtina etməklə immunitetlərini gücləndirməli olduqlarını və ayrıca zəruri olan məkanlarda maska taxmağın vacibliyini unutmamağı da vurğulayıb.