Bu məhsullar damarları daraldır və təzyiqi QALDIRIR

81

Damarların daralması qan dövranının pozulması, baş ağrıları, təzyiqin yüksəlməsi, soyuğa həssaslığın artmasına səbəb olur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, gündəlik qidalanmamızda olan bəzi qida və içkilər damarların daralmasına gətirib çıxardır.

Türkiyənin Sabah nəşri oxucularını bu məhsullarla tanış edir:

– Qəhvə, çay, şokolad. Bu məhsullardan sui-istifadə təzyiqin yüksəlməsinə səbəb ola bilər.

– Tərkibində trans-yağlar (marqarin) olan bütün məhsullar – tort, pirojna, peçenye, vafli və s.

– Hisə verilmiş və duzlu məhsullar.

Həmçinin mütəxəssislər qeyd edirlər ki, tərkibində biyan kökü olan bütün preparatlar, tinkturalar və s., biya kökü dəmləməsi damarların daralmasına səbəb olur ki, biyan kökünü uzun müddət ərzində istifadə etmək olmaz. Biyan kökünün bir neçə həftə ərzində gündəlik qəbulu hipertoniyanın inkişafına gətirib çıxarda bilər. \\Saglamolun